Ağ Ev rəhbəri Donald Tramp Hindistanı ABŞ məhsullarına tətbiq olunan gömrük rüsumlarının ləğvinə məcbur etdiyini bildirib.
"Report"un verdiyi xəbərə görə, o, bu barədə Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı bildirib.
“Hindistan dünyada ən yüksək gömrük rüsumları tətbiq edən ölkələrdən biri idi. Biz bununla barışa bilməzdik – onlar bu rüsumları sıfıra endirməyə razılaşdılar”, – Tramp vurğulayıb.
Onun sözlərinə görə, bu qərar ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirəcək.
"Bloomberg" agentliyi mayın 5-də yazmışdı ki, ABŞ ilə davam edən ticarət danışıqları çərçivəsində Hindistan polad, avtomobil hissələri və əczaçılıq məhsullarına qarşılıqlı şəkildə gömrük rüsumlarının sıfırlanmasını təklif edib.