AZ

Mark Karni Trampla danışıqlar aparmaq üçün Vaşinqtona səfər edib

Vətəninfo.az xəbər verir ki,Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla kritik bir görüş üçün ABŞ-a səfər edib. Səfər, Trampın Kanadaya qarşı ticarət müharibəsi və ilhaq təhdidlərinin davam etdiyi bir dövrdə baş tutub.

Mark Karninin çərşənbə axşamı Ağ Evdə Trampla görüşü planlaşdırılır.

Donald Tramp martın 28-də Karni ilə apardığı telefon danışığından sonra etdiyi paylaşımda Kanadada keçiriləcək seçkilərdən sonra iki ölkə arasında siyasət, biznes və digər mövzular üzrə danışıqların aparılacağını bildirmişdi.

Narahatlıq artır

Donald Tramp bundan əvvəl Kanadadan idxal olunan məhsulların əksəriyyətinə 25 faiz, Kanadanın enerji məhsullarına isə 10 faiz rüsum tətbiq etmişdi.

ABŞ prezidenti həmçinin bu ölkədən idxal edilən taxta, süd məhsulları, polad və alüminiuma əlavə rüsumlar tətbiq ediləcəyini bildirərək Kanadanı “51-ci ştat” adlandırmışdı. Donald Trampın bu açıqlamasından sonra ikitərəfli münasibətlərdə gərginlik artmışdı.

Kanada ABŞ avtomobillərinə və ehtiyat hissələrinə 25 faiz tarif tətbiq etdi. Baş nazir Mark Karni isə Kanadanın şərtləri əsasında ticarət danışıqları aparmağa və qlobal tərəfdaşlıqları dərinləşdirməyə söz verib.

Ontarionun cavab olaraq elektrik enerjisi vergisini dayandırması, Trampı daha yüksək metal tariflərini müvəqqəti olaraq təxirə salmağa vadar etdi. Lakin ABŞ və Kanada arasında ticarət gərginliyi hələ də davam edir.

Seçilən
0
veteninfo.az

1Mənbələr