Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan CinayətMəcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə iləbağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilənErmənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrəməhkəmə prosesi mayın 6-da davam etdirilib.
Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfəqatılan zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuşhüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi,tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanışedib.
Sonra təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Bermanmüraciət edərək 2025-ci il 6 fevral tarixli iclasın protokolu ilətanış olduqları zaman məhkəmə kollegiyasına etiraz etmək üçünəsaslar müəyyənləşdirdiklərini bildirib. Müdafiəçi qeyd edib ki,məhkəmə iclas protokolunda müdafiə tərəfinin vəsatətlərinəmünasibət bildirilməyib və bu, bizdə məhkəmə kollegiyasının iş üzrəobyektiv, qərəzsiz olmayacağı barədə əsaslı şübhələr doğurur. Onagörə də vəkil məhkəmə kollegiyasına etiraz edib.
Təqsirləndirilən Ruben Vardanyan etirazı müdafiə edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibətbildirərək deyib ki, müdafiə tərəfinin məhkəmə iclasprotokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərinivermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatınqeyd olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesabedilmir. O, həmçinin vurğulayıb ki, müdafiə tərəfi eyni qaydadan,eyni üsuldan istifadə etməklə qeyri-müəyyən səbəbdən verdiyietirazlarla məhkəmə prosesinin uzadılmasına nail olmaq istəyir.
Qeyd olunanlar nəzərə alınmaqla Vüsal Əliyev etirazın baxılmamışsaxlanılmasını məhkəmədən xahiş edib.
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təminolunmamasını məhkəmədən xahiş ediblər.
Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib.
Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəməqərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamışsaxlanılıb.
İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zamanvurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasınıncinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdimetməyib.
Sonra zərərçəkənlər ifadə veriblər.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmişməhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.
Məhkəmənin növbəti iclası mayın 13-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.