Meyxanaçı Balaəli Maştağalı açıqlamaları ilə müzakirə yaradıb.“Gün ortası” verilişində qonaq olan Balaəli özünü şou-biznesdə görmədiyini söyləyib.
“1000-2000 manata kafedə konsert verməklə, şou-biznes olmur. Nə vaxt mən - Balaəli Heydər Əliyev Sarayında konsert verərəm, anşlaq olar, sarayı dolduraram, qarşısında izdiham yaranar, ondan böyük pul götürüb, reklam qazanaram... Onda deyərəm ki, şou-biznesdəyəm.
Bunu etməyən istər müğənni, istər meyxanaçı, 1000-2000 manata toyda oxumaqla şou-biznesdə olmur.Bir var dolanışıq üçün oxumaq, bir də var artırmaq. Yerində addımlamağa nə var? Çıxıb iki dənə təzə mahnı oxumaqla şou-biznes olur?”, - deyə, Balaəli bildirib. / Bizim.media