İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrənin "Japan Tobacco International" şirkətinin baş icraçı direktoru Eddi Pirard ilə görüşüb.
Far.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib:
"Şirkətin ölkəmizdəki fəaliyyəti, tütün məmulatlarının istehsalı ilə bağlı qanunvericilik və aksiz vergisinin tətbiqi, Azərbaycanda sosial investisiya layihələrinə yatırım imkanları barədə müzakirələr apardıq".
İsveçrənin "Japan Tobacco International" (@JTI_global) şirkətinin baş icraçı direktoru Eddi Pirard ilə görüşdük. Şirkətin ölkəmizdəki fəaliyyəti, tütün məmulatlarının istehsalı ilə bağlı qanunvericilik və aksiz vergisinin tətbiqi, Azərbaycanda sosial #investisiya layihələrinə… pic.twitter.com/rEiNcdh0VL
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 6, 2025