İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrənin "Japan Tobacco International" şirkətinin baş icraçı direktoru Eddi Pirard ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib:
"Şirkətin ölkəmizdəki fəaliyyəti, tütün məmulatlarının istehsalı ilə bağlı qanunvericilik və aksiz vergisinin tətbiqi, Azərbaycanda sosial investisiya layihələrinə yatırım imkanları barədə müzakirələr apardıq".