AZ

Naxçıvanda maşın motoskiletlə toqquşub

Naxçıvan şəhərinin mərkəzi prospektində avtomobillə motoskilet toqquşub.

"Unikal" xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 75-BA-594 dövlət nömrə nişanlı "Oka" markalı avtomobil 67-A-355 dövlət nömrə nişanlı motosikletlə toqquşub.

Hadisə zamanı motosikletin sürücüsü 1993-cü il təvəllüdlü Elnur Əliyev xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
9
unikal.az

10Mənbələr