Naxçıvan şəhərinin mərkəzi prospektində avtomobillə motoskilet toqquşub.
"Unikal" xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 75-BA-594 dövlət nömrə nişanlı "Oka" markalı avtomobil 67-A-355 dövlət nömrə nişanlı motosikletlə toqquşub.
Hadisə zamanı motosikletin sürücüsü 1993-cü il təvəllüdlü Elnur Əliyev xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.