Aprelin 11-də Omanın paytaxtı Maskatda Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların dördüncü raundu keçiriləcək.
Editor.az bu barədə İranın “Nur” xəbər agentliyinə istinadən xəbər verir.
“İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu Maskatda keçiriləcək”, – bəyanatda deyilir.
Aprelin 26-da ABŞ və İran arasında İranın nüvə proqramı və Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların üçüncü raundu başa çatıb.Amerika nümayəndə heyətinə prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas İrakçi başçılıq edib. Oman Xarici İşlər Nazirliyinin bəyanatına görə, tərəflər sanksiyaların ləğvi və Tehranın dinc nüvə enerjisini inkişaf etdirmək hüququnun qorunması müqabilində İranın nüvə silahı yaratmaq hüququndan tamamilə imtina etməsini ehtiva edən razılaşmanı müzakirə ediblər.
ABŞ dövlət katibi Marko Rubio mayın əvvəlində deyib ki, İran dinc nüvə enerjisi istəyirsə, bütün növ müfəttişlərin müvafiq obyektlərə çıxışına icazə verməlidir.
//Gülnarə Abasova, Editor.az