AZ

Şeyxülislam sabah Türkiyəyə səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 7-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.

Bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.

Səfər Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə baş tutur. QMİ sədri A. Paşazadə 7-8 may tarixlərində İstanbulda keçiriləcək 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək.

Vəqfin 40-cı ildönümü ərəfəsində keçiriləcək, dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilərin iştirak edəcəyi zirvədə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq olaraq iştirak və çıxış edəcəkdir.

Seçilən
0
14
herbiand.az

10Mənbələr