AZ

Allahşükür Paşazadə Türkiyəyə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 7-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.Metbuat.az xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə baş tutan səfərdə QMİ sədri 7-8 may tarixlərində İstanbulda keçiriləcək 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək.Ətraflı

"Vəqfin 40-cı ildönümü ərəfəsində keçiriləcək, dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilərin iştirak edəcəyi zirvədə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq olaraq iştirak və çıxış edəcəkdir", - məlumatda qeyd olunub.

Seçilən
0
14
metbuat.az

10Mənbələr