AZ

Aşıqlar Birliyində yeni layihə

2025-ci il üçün kiçik qrant müsabiqəsinin qalibi olan Azərbaycan Aşıqlar Birliyində “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı yeni layihənin icrasına hazırlıq işləri görülür.

Kulis.az xəbər verir ki, layihədə əsas diqqət Qərbi Azərbaycan aşıqlarının dastan repertuarına, Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış dastanlara yönəldiləcək.

Ötən il uğurla həyata keçirilmiş “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihənin bir növ davamı kimi nəzərdə tutulan bu layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm rol oynamasına diqqət yönəltmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşələrində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir.

Seçilən
0
2
kulis.az

4Mənbələr