Ermənistanda 68 vətəndaş ÇSKA futbol klubunda qeydiyyatdan keçməklə hərbi xidmətdən yayına bilib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
2019-cu ildə Ermənistan Futbol Federasiyasının himayəsi altında yaradılan klubda qeydiyyat bir növ çağırışdan yayınma üsuluna çevrilib.
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi 2019-2025-ci illər arasında 68 futbolçunun hərbi xidmətdən azad edildiyini təsdiqləyib. Bu il sənəd qəbulu hələ də davam edir. Hər il orta hesabla 11 nəfər xidmətdən azad edilir.