RU

Ermənistanda 68 vətəndaş "futbol vasitəsilə" hərbi xidmətdən yayına bilib

Ermənistanda 68 vətəndaş ÇSKA futbol klubunda qeydiyyatdan keçməklə hərbi xidmətdən yayına bilib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

2019-cu ildə Ermənistan Futbol Federasiyasının himayəsi altında yaradılan klubda qeydiyyat bir növ çağırışdan yayınma üsuluna çevrilib.

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi 2019-2025-ci illər arasında 68 futbolçunun hərbi xidmətdən azad edildiyini təsdiqləyib. Bu il sənəd qəbulu hələ də davam edir. Hər il orta hesabla 11 nəfər xidmətdən azad edilir.

Избранный
0
1
report.az

2Источники