AZ

Hindistan Pakistanın suyunu kəsdi

Hindistan Çenab çayı üzərindəki Bağlihar bəndi vasitəsilə Pakistana su təchizatını kəsib və Çelum çayı üzərindəki Kişanqanqa bəndində də eyni şeyi etməyə hazırlaşır.

Bu barədə “Hindustan Times” məlumat yayıb.

Bildirilib ki, Cammu və Kəşmirin şimalında yerləşən bu bəndlər Yeni Dehliyə Hind çayı hövzəsində su axınına nəzarət etməyə imkan verir. Pakistanın kənd təsərrüfatı və enerji sektorları bu təchizatın sabitliyindən asılıdır.

Bu, aprelin 22-də Kəşmirdə 25 Hindistan vətəndaşının və bir Nepal vətəndaşının güllələndiyi terror aktı səbəbindən baş verib. Qurbanların əksəriyyəti turistlər olub. Pakistan qətliamda iştirakla bağlı iddiaları rədd edib və müstəqil araşdırmaya çağırıb. Ölkə Hind çayından su axınının dayandırılmasını müharibə aktı kimi qiymətləndirəcəklərini vurğulayıblar. \\Yeniavaz.com 

Seçilən
0
1
hurriyyet.az

3Mənbələr