Hindistan Çenab çayı üzərindəki Bağlihar bəndi vasitəsilə Pakistana su tədarükünü kəsib və Chelum çayı üzərindəki Kişanqanqa bəndi ilə bağlı da eyni addımı atmağa hazırlaşır.AFN.az "Hindustan Times"a istinadən xəbər verir ki. Cammu və Kəşmirin şimalında yerləşən bəndlər Yeni Dehliyə Hind çayı hövzəsində su axınına nəzarət etməyə imkan verir. Pakistanın kənd təsərrüfatı və enerjisi bu təchizatın sabitliyindən asılıdır.Bundan əvvəl Yeni Dehli 65 ildən sonra ilk dəfə İslamabadla Hind çayı su müqaviləsini dayandırıb. Bu, aprelin 22-də Kəşmirdə 25 Hindistan vətəndaşının və bir Nepal vətəndaşının güllələndiyi terror aktından sonra baş verib. Qurbanların əksəriyyəti turistlər olub. Pakistan qətliamda iştirakla bağlı ittihamları rədd edib və müstəqil araşdırmaya çağırıb. Onlar Hind çayının su axınının dayandırılmasını “müharibə aktı” kimi qiymətləndirəcəklərini də vurğulayıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta