AZ

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb - Yenilənib

"Hava dumanlı olduğundan yolu azdım, evə gedə bilmədim"...

Bunu APA-nın yerli bürosuna Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər rayon sakini, şəhid atası Kamil Abdullayev deyib.

"Dünən səhər çaşır yığmağa getmişdim. Axşamüstü qızımla danışanda dedim ki, gəlirəm. Sonra bir qədər də çaşır yığdım. Bu zaman duman gəldi, güclü yağış yağdı. Hansı tərəfə gedəcəyimi bilmədim. Bu gün səhər tezdən duman çəkiləndən sonra yola davam elədim. Göygöl rayonunun Danayeri kəndinə gedib çıxdım. Orda polislər məni tapdılar", deyə Kamil Abdullyev bildirib.

O, hazırda özünü yaxşı hiss etdiyini deyib.

***

Daşkəsəndə meşəyə bitki toplamağa gedən şəxs itkin düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndinin yaxınlığına yerləşən meşəlik ərazidə qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü K.Abdullayev ötən gün axşam saatlarında meşəlik ərazidə bitki toplamağa gedən zaman itkin düşüb.

Məlumata görə, o sonuncu dəfə qızı ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək.

Qeyd edək ki, itkin düşən Kəlbəcər rayon sakini Kamil Abdullayev şəhid Şəhriyyar Abdullayevin atasıdır.

Poliqon.info

Seçilən
0
3
poliqon.info

10Mənbələr