AZ

İtkin düşən şəhid atası tapıldı – Yenilənib


Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu bardə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib:
“Onun həyatı üçün təhlükə yoxdur”.

***16:27
Daşkəsəndə meşəyə bitki toplamağa gedən şəxs itkin düşüb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bayan kəndinin yaxınlığına yerləşən meşəlik ərazidə qeydə alınıb.
Bildirilir ki, Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü K.Abdullayev ötən gün axşam saatlarında meşəlik ərazidə bitki toplamağa gedən zaman itkin düşüb.
“Məlumata görə, o sonuncu dəfə qızı ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək”, - agentlik yazıb.
Qeyd edək ki, itkin düşən Kəlbəcər rayon sakini Kamil Abdullayev şəhid Şəhriyar Abdullayevin atasıdır.

Şəhriyar Abdullayev
Seçilən
0
11
yeniavaz.com

10Mənbələr