AZ

Dövlət Vergi Xidmətinin rəisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 5 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, görüşdə DVX-nin rəisi qalibləri qazandıqları uğur münasibətilə təbrik edib, şəxsi inkişaf və peşəkar yüksəliş yolunda göstərdikləri əzmkarlığı yüksək qiymətləndirib.

O.Nəzərli “Yüksəliş” müsabiqəsinin Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və gələcək liderlərin aşkarlanması, inkişafı və dövlət idarəçiliyində iştirakının təmin edilməsi məqsədi daşıyan mühüm platforma olduğunu vurğulayıb. Müsabiqənin qalibi olmaq yalnız fərdi nailiyyət deyil, həm də yeni məsuliyyətin başlanğıcıdır.

DVX rəisi qeyd edib ki, “Yüksəliş” müsabiqəsinin qalibləri ölkənin insan kapitalı potensialını gücləndirən resurslardan biridir və onların dövlət idarəçiliyinə inteqrasiyası mühüm əhəmiyyət daşıyır.

Görüşdə, həmçinin DVX-də tətbiq olunan idarəetmə modelləri, şəffaflıq, hesabatlılıq və insanyönümlü yanaşmalar barədə geniş fikir mübadiləsi aparılıb. O.Nəzərli motivasiya, liderlik, innovasiya, komanda idarəçiliyi, təcrübə mübadiləsi və vəzifə məsuliyyəti mövzularında düşüncələrini paylaşıb. İştirakçılar DVX-nin fəaliyyət istiqamətləri, vergi inzibatçılığı sahəsində islahatlar və rəqəmsallaşma prosesləri barədə məlumatlandırılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
icma.az

4Mənbələr