AZ

Dövlət Vergi Xidmətinin rəisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb


 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Görüş zamanı DVX-nin rəisi qalibləri qazandıqları uğur münasibətilə təbrik edib, şəxsi inkişaf və peşəkar yüksəliş yolunda göstərdikləri əzmkarlığı yüksək qiymətləndirib. Orxan Nəzərli “Yüksəliş” müsabiqəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və gələcək liderlərin aşkarlanması, inkişafı və dövlət idarəçiliyində iştirakının təmin edilməsi məqsədi daşıyan mühüm platforma olduğunu vurğulayıb. Müsabiqənin qalibi olmaq yalnız fərdi nailiyyət deyil, həm də yeni məsuliyyətin başlanğıcıdır. DVX rəisi qeyd edib ki, “Yüksəliş” müsabiqəsinin qalibləri ölkənin insan kapitalı potensialını gücləndirən resurslardan biridir və onların dövlət idarəçiliyinə inteqrasiyası mühüm əhəmiyyət daşıyır.

Görüşdə DVX-də tətbiq olunan idarəetmə modelləri, şəffaflıq, hesabatlılıq və insan yönümlü yanaşmalar barədə geniş fikir mübadiləsi aparılıb. Orxan Nəzərli motivasiya, liderlik, innovasiya, komanda idarəçiliyi, təcrübə mübadiləsi və vəzifə məsuliyyəti mövzularında düşüncələrini paylaşıb. İştirakçılar DVX-nin fəaliyyət istiqamətləri, vergi inzibatçılığı sahəsində islahatlar və rəqəmsallaşma prosesləri barədə məlumatlandırılıblar.


Seçilən
0
3
azia.az

4Mənbələr