Azərbaycanın "İstisu" mineral suyu yaxın gələcəkdə Belarus bazarına çıxacaq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakı şəhərində keçirilən Azərbaycan-Belarus biznes-forumu çərçivəsində etdiyi çıxışda deyib.
"Artıq "İstisu" mineral suyunun Belarusa tədarükü üzrə müqavilə imzalanıb. Məhsul laborator sınağa göndərilib və biz mütəmadi ixracın tez bir zamanda başlayacağına ümid edirik", - deyə o bildirib.
Y.Abdullayev qeyd edib ki, "İstisu" mineral suyunun xarici bazara çıxması xüsusi önəm kəsb edir:
"İstisu" mineral suyunun ixracı bizim üçün təkcə ticarət layihəsi deyil, o, eyni zamanda, azad olunmuş ərazilərin dirçəliş rəmzidir".