Bakı. Trend:
Azərbaycanın “İstisu” mineral suyu yaxın gələcəkdə Belarusbazarına çıxacaq.
Trend-in müxbirixəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın vəİnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoruYusif Abdullayev Bakı şəhərində keçirilən Azərbaycan–Belarusbiznes-forumu çərçivəsində etdiyi çıxışda deyib.
“Artıq “İstisu” mineral suyunun Belarusa tədarükü üzrə müqaviləimzalanıb. Məhsul laborator sınağa göndərilib və biz mütəmadiixracın tez bir zamanda başlayacağına ümid edirik”, - deyə obildirib.
Y.Abdullayev qeyd edib ki, “İstisu” mineral suyunun xaricibazara çıxması xüsusi önəm kəsb edir:
“İstisu” mineral suyunun ixracı bizim üçün təkcə ticarətlayihəsi deyil, o, eyni zamanda, azad olunmuş ərazilərin dirçəlişrəmzidir”.