AZ

Azərbaycanlı futbolçu qol vurdu, komandası rəqibini darmadağın etdi - VİDEO

Türkiyə Birinci Liqasında 37-ci turun görüşləri davam edir. 
 
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" autsayder "Yeni Malatyaspor"a 10:1 hesabı ilə qalib gəlib.
 
Start heyətində yer alan İsgəndərli oyunu əvəz olunmadan keçirərək komandasının yeddinci qolunu vurub.
 
Qeyd edək ki, İsgəndərlinin klubu 58 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
 

 

Seçilən
0
2
moderator.az

3Mənbələr