AZ

Azərbaycanlı futbolçu qol vurdu, komandası rəqibini darmadağın etdi - VİDEO

Türkiyə Birinci Liqasında 37-ci turun görüşləri davam edir. 

Bizim.Media xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" autsayder "Yeni Malatyaspor"a 10:1 hesabı ilə qalib gəlib.

Start heyətində yer alan İsgəndərli oyunu əvəz olunmadan keçirərək komandasının yeddinci qolunu vurub.

Qeyd edək ki, İsgəndərlinin klubu 58 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr