Milli komandamızın sabiq üzvü, hazırda “Araz-Naxçıvan”da çıxış edən Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.
Arena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 33-cü turuna təsadüf edib.
“Araz-Naxçıvan”ın futbolçusu “Sabah”la ev oyununa (1:1) start heyətində çıxıb.
Premyer Liqada 2008/2009 mövsümündə debüt etmiş Qarayev 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb.
Qara Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. O, Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır.
- Rahid Əmirquliyev – 451
- Mahmud Qurbanov – 421
- Rəşad Sadiqov – 392
- Asif Məmmədov – 388
- Azər Məmmədov – 388
- Aslan Kərimov – 382
- Rəşad Abdullayev – 378
- Elvin Məmmədov – 376
- Maksim Medvedev – 376
- Vurğun Hüseynov – 368
- Aqil Məmmədov – 363
- İsmayıl Məmmədov – 351
- Qara Qarayev – 350