Türkiyənin “Anadolu Robotik” və “Sekizaltmış Teknoloji ve Savunma Sanayi” şirkətləri tərəfindən birgə inkişaf etdirilən ARİDA-M insansız katerinin dəniz sınaqları keçirilir.
“Poliqon” xəbər verir ki, bu barədə “Anadolu Robotik” şirkəti məlumat yayıb.
Məlumatda sınaqların ardından ARİDA-M Faza-1-in nümayişinin baş tutacağı bildirilib.
Qeyd edilib ki, sürəti 50+ knot olan ARİDA-M insansız kateri tam avtonom əməliyyat qabiliyyətinə malikdir.