EN

Türkiyədə ARİDA-M insansız katerinin sınaqları yerinə yetirilir

Türkiyənin “Anadolu Robotik” və “Sekizaltmış Teknoloji ve Savunma Sanayi” şirkətləri tərəfindən birgə inkişaf etdirilən ARİDA-M insansız katerinin dəniz sınaqları keçirilir.

“Poliqon” xəbər verir ki, bu barədə “Anadolu Robotik” şirkəti məlumat yayıb.

Məlumatda sınaqların ardından ARİDA-M Faza-1-in nümayişinin baş tutacağı bildirilib.

Qeyd edilib ki, sürəti 50+ knot olan ARİDA-M insansız kateri tam avtonom əməliyyat qabiliyyətinə malikdir.

Chosen
0
poliqon.az

1Sources