AZ

Şəhid atası Daşkəsəndə itkin düşdü

Daşkəsənin Bayan kənd sakini itkin düşüb. 

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşan, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu mayın 4-də saat kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, lakin evə qayıtmayıb. 

O, sonuncu dəfə saat 17:00 radələrində qızı ilə əlaqə saxlayib və meşədə olduğunu bildirib. Daha sonra ondan xəbər almaq mümkün olmayıb.

Qeyd edək ki, K.Abdullayev 44 günlük Vətən müharibəsində şəhid olan Şəhriyar Abdullayevin atasıdır. Hazırda onun axtarışları davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun Bizim.Media-ya bildirdiyinə görə, K.Abdullayevin axtarışları davam edir.

“Hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Nəticəsi barədə əlavə məlumat veriləcək” deyə E. Qasımov əlavə edib.

Seçilən
0
2
news24.az

3Mənbələr