Daşkəsənin Bayan kənd sakini itkin düşüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Bayan kəndində məskunlaşan, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu mayın 4-də saat kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, lakin evə qayıtmayıb.
O, sonuncu dəfə saat 17:00 radələrində qızı ilə əlaqə saxlayib və meşədə olduğunu bildirib. Daha sonra ondan xəbər almaq mümkün olmayıb.
Qeyd edək ki, K.Abdullayev 44 günlük Vətən müharibəsində şəhid olan Şəhriyar Abdullayevin atasıdır. Hazırda onun axtarışları davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta