Daşkəsəndə Kəlbəcər sakini meşədə itkin düşüb.
“İki sahil” xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonun sakini, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib və bir daha evə qayıtmayıb.
Hazırda onun axtarışları davam etdirilir.