Şəhid atası meşədə itkin düşüb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Daşkəsən rayon Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü şəhid atası Abdullayev Kamil Mahmud oğlu dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə qayıtmayıb.
Hazırda onun axtarışları davam etdirilir.