Moskvanın cənub-qərbində yaşayış binasında baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ən az iki nəfərin öldüyünü açıqlayıb.
***
22:41
Moskvada yaşayış binasında baş vermiş partlayışda yaralananların sayı 15-ə çatıb.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, güclü partlayış nəticəsində, mərtəbələr arasındakı hissəyə ciddi ziyan dəyib və girişin (binanın blokunun-red.) tamamilə uçmaq təhlükəsi var.
***
22:25
Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.
Bildirilib ki, partlayış güclü yanğına səbəb olub. İlkin məlumata görə, 10-dan çox insan xəsarət alıb. Hadisə yerinə bir neçə təcili yardım briqadası göndərilib.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, General Tyulenev küçəsində yaşayış binasının 9-cu mərtəbəsi yanır.
Partlayışdan sonra üst mərtəbədə yanğın baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri insanları xilas edir, yanğının mənbəyini müəyyənləşdirir.
Partlayışın ilkin səbəbinin qaz sızması olduğu ehtimal olunur.