Moskvanın General Tyulenev küçəsindəki yaşayış binalarından birində əvvəlcə partlayış daha sonra yanğın çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
İlkin ehtimala görə, partlayış 9-cu mərtəbədə baş verib. Nəticədə 8-9-cu mərtəbələr uçub. 10-dan çox yaralının olduğu qeyd edilir.
Hadisə yerinə müvafiq qurumlar cəlb olunub.
***
Məlumata görə, hadisə zamanı azı 2 nəfər ölüb, 20-yə yaxın yaralı var.