Mingəçevirdə qaz sızmasından mənzildə partlayış olub.
"Unikal"ın məlumatına görə, hadisə Məhsəti küçəsində yerləşən mənzildə baş verib.
Anidən qaz sızmasından baş verən partlayış nəticəsində həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü E.Cəfərova üz və əlindən yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov