MİNGƏÇEVİR, 5 may. TELEQRAF
Mingəçevirdə qaz sızmasından mənzildə partlayış olub.
Teleqraf-ın məlumatına görə, hadisə Məhsəti küçəsində yerləşən mənzildə baş verib.
Anidən qaz sızmasından baş verən partlayış nəticəsində həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü E.Cəfərova üz və əlindən yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.