Almaniya Bundesliqasında XXXII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında autsayder "Holşteyn Kiel" səfərdə "Auqsburq"la qarşılaşıb.
Qonaqlar rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.
Turun digər matçında son çempion "Bayer" səfərdə "Frayburq"la bacarmayıb. Gərhin keçən qarşılaşmada qapılara 4 qol vurulub. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticə ilə lider "Bavariya" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Almaniya Bundesliqası
XXXII tur
17:30. “Auqsburq” - “Holşteyn Kiel” - 1:3
19:30. “Frayburq” - “Bayer” - 2:2
“Barsa”dan səfər qələbəsi
A Seriyası: Lider 3 xalı 1 qolla qazandı
Bundesliqa: “Dortmund”dan darmadağın
“Arsenal” evdə “Bornmut”la bacarmadı
Super Liqa: “Cimbom” addım-addım çempionluğa