AZ

Vaqif Cavadov: “Bu mövsüm nələrsə alınmadı”

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

O, Ağdam klubunu çempionluq münasibətilə təbrik edib: “Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə qarşı əsas heyətlə çıxış etdilər. İnanıram ki, komandam növbəti mövsümdə daha yaxşı olacaq”.

Baş məşqçi komandada qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq”.

Seçilən
0
4
msport.az

5Mənbələr