"Qarabağ"ı növbəti çempionluq münasibətilə təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə qarşı əsas heyətlə çıxış etdilər".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 33-cü turu çərçivəsində"Qarabağ"la matçdan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis komandasının növbəti mövsümdə daha yaxşı oynayacağına inamını ifadə edib: "Kim dedi ki, təslim olmuşduq? Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq".
İdman.biz