"Şamaxı" Misli Premyer Liqasının XXXIII turunda "Səbail"i qəbul edib.
Offsideplus.az xəbər verir ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçdan sonra bölgə klubunun baş məşqçisi Ayxan Abbasov oyunla bağlı fikirlərini bildirib:
"Bilirdik ki, "Səbail" son matçlara final kimi yanaşır. Aqressiyaları, istəkləri görünürdü. "Araz-Naxçıvan"la görüşdə də pis oynamamışdılar. Önə keçəndən sonra epizodları dəyərləndirə bilmədik. Hesab 2:0 olsaydı, oyun bitəcəkdi".
O, gələn mövsüm üçün heyəti qorumağın çətin olacağını da bildirib:
"Büdcə tam bilinmir. Sponsorsuz komandayıq. Dövlətin ayırdığı pulla komandanı saxlamışıq. Yəqin yaxın günlərdə bəlli olar. Bəzi futbolçularla müqaviləmiz var. Heyəti qorumaq çətindir. Yenidən komanda qurmaq, seleksiya aparmaq bir məşqçi kimi mənim üçün çətin olacaq. Vəziyyət yaxşı deyil".