AZ

"Prezident Kuboku-2025" beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025” beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə qalib komandalar kuboklarla təltif ediliblər.

Kanoe-kayak növündə Özbəkistan, akademik avarçəkmədə isə Gürcüstan yığmaları kubokla mükafatlandırılıblar.

Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı olub.

“Prezident Kuboku-2025” reqatasına atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, Azərbaycan avarçəkənləri yarışı 15 medalla (1 qızıl, 7 gümüş, 7 bürünc) başa vurublar. Turnirdə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 200-dən çox avarçəkən mübarizə aparıb.

Seçilən
0
3
cbcsport.az

10Mənbələr