AZ

"Prezident Kuboku-2025” beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Bu gün avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025” beynəlxalq turnirinə yekun vurulacaq.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşının məlumatına görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar müəyyənləşəcək.

Azərbaycan təmsilçiləri əvvəlki iki gündə 8 medala (3 gümüş, 5 bürünc) sahib çıxıblar.

Qeyd edək ki, turnirəAzərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.


Qeyd edək ki, reqatanın yekununda bağlanış mərasimi baş tutacaq.

Seçilən
0
50
report.az

10Mənbələr