Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyicisi TikTok sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq qaydalarını pozduğuna görə 530 milyon avro məbləğində cərimələyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Aİ-də fərdi məlumatların qorunmasına cavabdeh olan İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) TikTok ilə bağlı araşdırmasının tamamlandığını açıqlayıb.
Açıqlamada Avropadakı platforma istifadəçilərinin şəxsi məlumatlarının Çinə göndərilməsində TikTok-un qanuna uyğunluğunun araşdırıldığı, köçürmələrlə bağlı istifadəçilərə məlumat verilməsinin və şəffaflıq meyarlarına uyğunluğunun araşdırıldığı bildirilib.
Bildirilib ki, TikTok Avropada istifadəçi məlumatlarının Çinə ötürülməsi və şəffaflıq tələbləri ilə bağlı Aİ Ümumi Məlumatların Qorunması Qaydasını pozduğuna görə şirkətə 530 milyon avro cərimə kəsilib və 6 ay ərzində fəaliyyətini Aİ qaydalarına uyğunlaşdırmaq əmri verilib.