Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyicisi TikTok sosial media platformasını 530 milyon avro məbləğində cərimələyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aİ-də fərdi məlumatların qorunmasına cavabdeh olan İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) məlumat yayıb.
Açıqlamada, TikTok-un Avropadakı istifadəçi məlumatlarının Çinə ötürülməsi və şəffaflıq tələbləri ilə bağlı Aİ Ümumi Məlumatların Qorunması Qaydasını pozduğu təsbit edildiyi, şirkətə 530 milyon avro cərimə kəsildiyi və 6 ay ərzində fəaliyyətinin Aİ qaydalarına uyğunlaşdırılması əmri verildiyi bildirilib.