AZ

“Taksi sürücüləri sosial durumu bəhanə gətirirlər”

"Qanunsuz fəaliyyət göstərən taksi sürücüləri ilə yol polisi mübarizə aparır. Ətraf ərazilərdə kameralar varsa, protokol tərtib edilir. Lakin bütün gün yol polisi bir nöqtəyə təhkim edilə bilməz. Kontingentimiz çox deyil".

Yenisabah.az xəbər verir ki, bu sözləri Baş Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rövşən Tağıyev deyib.

O bildirib: "Cəzalar sərtləşdirilir, mütəmadi tədbir görülür. Bundan sonra da mübarizə aparacağıq. Yol polisi həmin sürücülərə xəbərdarlıq etdikdə, taksi sürücüləri sosial durumu bəhanə gətirirlər. Halbuki arxivinə baxdıqda görürük ki, 30-40 dəfə cərimə ödəyib. Qazandığını da cəriməyə verir. Bununla belə, əməllərindən əl çəkmirlər".


Telegram kanalımız
Seçilən
0
3
yenisabah.az

4Mənbələr