"Qanunsuz fəaliyyət göstərən taksi sürücüləri ilə yol polisi mübarizə aparır. Ətraf ərazilərdə kameralar varsa, protokol tərtib edilir. Lakin bütün gün yol polisi bir nöqtəyə təhkim edilə bilməz. Bizim kontingentimiz bu qədər çox deyil".
Pravda.az xəbər verir ki, bu sözləri Baş Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyi və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 2 may 2025-ci il tarixində “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 2-ci Forumda deyib.
"Cəzalar sərtləşdirilir, mütəmadi tədbir görülür. Bundan sonra da mübarizə aparacağıq. Yol polisi həmin sürücülərə xəbərdarlıq etdikdə taksi sürücüləri sosial durumu bəhanə gətirirlər. Halbuki arxivinə baxdıqda görürük ki, 30-40 dəfə cərimə ödəyib. Qazandığını da cəriməyə verir. Bununla belə əməllərindən əl çəkmirlər".
Aytəkin Qardaşova
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta