"Hədəfimiz budur ki, Bakı 2030-cu ildə 30 ən yaxşı şəhər siyahısına daxil olsun. Bunun üçün də nəqliyyat sistemi gözəlləşdirilməlidir. Avtobusların sayının artırılması da əsas məqsədlərdəndir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov "Nəqliyyat İnfrastrukturunda davamlı həllər media müstəvisində" keçirilən panel sessiyasında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum KEÇİRİLİR - FOTO
O bildirib ki, taksi sektorunda keçən il iyulun 1-dən islahatlar həyata keçirilib və islahatın I mərhələsi geridə qalıb:
“Proses çox uğurlu gedir. İslahatdan öncə mediada taksi sahəsində olan bütün narazılıqlar işıqlandırıldı. “Prius” adlanan bir narazılıq məfhumu var idi".
V.Məmmədov həyata keçirilən digər islahatlardan da danışıb:
“İnsanlar qiymətlər ucuz olduğu üçün taksidən istifadə edirdilər. Lakin taksi islahatından sonra bu, dəyişdi. Artıq insanlar piyada, velosipedlə məsafəni qət edirlər. Piyadalaşma və gözəl şəhər ideyasına daha çox yaxınlaşırıq. Əhali arasında hərəkət problemi olaraq "Prius" anlayışı mövcud idi. Bu sürücüləri ciddi narahat edirdi. Bu da sözügedən islahatlar vasitəsilə aradan qaldırıldı. Hazırda 27 minə yaxın buraxılış kartı alan taksi var. Bir il əvvəl bu say 67 min idi”.
V.Məmmədovun sözlərinə görə, əvvəllər cəmiyyətdə avtobus zolaqları qəbul edilmirdi. Lakin son dönəmlər əhali bunun müsbət bir hal olduğunu anlayır.
“İndi isə mikromobillik zolağına qarşı yanaşma birmənalı deyil. Media vasitəsilə bu mədəniyyətin formalaşmasına nail olacağımızı düşünürük".
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media