Oğuz rayonun Bucaq kənd şəhidləri üçün xatirə bulağı istifadəyə verilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bucaq kənd tam orta məktəbində bir neçə ay bundan əvvəl inşasına başlanılan və kənd şəhidlərinin xatirəsini əbədiləşdimək məqsədilə tikilən" Şəhidlər bulağı" nın açılıçı olub.
Kənd sakinləri və qonaqların iştirakı ilə baş tutan açılış mərasimində şəhidlərin qəhrəmanlığı bir daha dilə gətirilib, onların şücaəti yeniyetmə və gənclərə örnək göstərilib.
Şəhidlərin yaxınları, ailə üzvləri bu xeyrxah təşəbbüsü alqışlayıb və qeyd ediblər ki, “Şəhidlər bulağı”nın məktəbin həyətində istifadəyə verilməsi şagirdlər üçün hər zaman bir örnək simvoluna çevriləcək.
Bucaq kənd şəhidlərinin timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhuna dualar oxunub.
Sonra məktəblilər müxtəlif kompozisiyalar nümayiş etdirib, qəhrəmanlığı, vətəni tərənnüm edən şerlər səsləndirib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu