AZ

Ombudsman “İctimai proseslər media müstəvisində” forumunun əhəmiyyətindən DANIŞDI

"Media cəmiyyətin hüquqi maarifləndirilməsində, məlumatların ictimaiyyətə çatdırılması və ictimai rəyin formalaşmasında çıxış edir". 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva "İctimai proseslər media müstəvisində" adlı forumda çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum KEÇİRİLİR - FOTO


"Ölkəmizdə müstəqil medianın formalaşması məhz Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu ənənə Prezident İlham Əliyevin təşəbbüsləri ilə davam etdirilir"- , deyə ombudsman bildirib.

Onun sözlərinə görə, son illər rəqəmsal texnologiyalara sürətli keçid vasitəsilə keyfiyyətcə yeni media formalaşdırılır. Lakin bu, özü ilə birgə bir neçə problemləri gətirir.

"Kiberzorakılıq, insan hüquqlarının pozulması, zərərli davranışlara meyillilik, nifrət nitqi, dezinformasiyaların yayılması və bu kimi mənfi hallar baş verir". 

O bildirib ki, Ombudsman jurnalistlərin hüquqlarının qorunması  istiqamətində işlər görərək dəstəyini ifadə edir:

"Media subyektləri, jurnalistlərin informasiyaları əldə etməsi üçün də lazımi tədbirlər görülür".

S.Əliyeva qeyd edib ki, Birinci Qarabağ Müharibəsi zamanı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi işğal zamanı media subyektləri ilə əməkdaşlıq öz müsbət təsirini göstərib.


"Bundan sonrakı birgə fəaliyyətimizdə media subyektləri üçün tematik təlimlərin təşkil təşkil edilməsi, ictimai maarifləndirmə kompaniyaların həyata keçirilməsi media və cəmiyyət arasında qarşılıqlı etimadının gücləndirilməsinə müsbət töhfə verə bilər".

Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
0
4
bizim.media

5Mənbələr