AZ

Nazir müavini: “İctimai nəqliyyatda əlçatanlıq artırılır”

"Xidmət keyfiyyətinin yüksəldilməsi və iqtisadi artımın sürətləndirilməsi də əsas prioritetlərdəndir".

Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forumda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum KEÇİRİLİR - FOTO


O bildirib ki, dövlət sektorunda son illərdə aparılan dəyişikliklər sadəcə fiziki infrastrukturun yenilənməsi deyil.

O qeyd edib ki, Cənab Prezidentin sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın növbəti 5 il üçün yol xəritəsi müəyyənləşib.

"Bu yol xəritəsi təhlükəsiz, dayanıqlı, insan yönümlü şəhərə keçidi hədəfləyir. Paytaxtda və ətraf ərazilərdə vətəndaşların məkana rahat çatması məqsədi ilə ictimai nəqliyyatda əlçatanlılıq artırılır".

Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
0
4
bizim.media

5Mənbələr