Yasamalda oğurluq edənlər saxlanıldı
Ajans.az xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş 31 yaşlı T.Quliyev saxlanılıb. Həmçinin rayon ərazisində yerləşən parkların birindən bir nəfərə məxsus 3000 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 18 yaşlı R.Həsənov da saxlanılıb. Araşdırmalar aparılır.